Xatiya Dekanoidze - oğurlanmış Parlament üçün legitimasiyanın verilməsi təsəvvür edilməzdir
Xatiya Dekanoidze - oğurlanmış Parlament üçün legitimasiyanın verilməsi təsəvvür edilməzdir

Oğurlanmış Parlament üçün legitimasiyanın verilməsi təsəvvür edilməzdir, – bu barədə “Milli Hərəkatın” üzvü, Xatiya Dekanoidze ikinci turda “Qirçi” siyasi birləşməsinin mümkün iştirakı məsələsini şərh edərkən bəyan etdi.

“Yaqonun bəyanatını dinlədim. Dəirə seçki məntəqələrində gedən proseslər nəzərə alınmalıdır. Heç bir şikayəti təmin etmirlər, heç bir ərizə üzrə formal müzakirə belə aparılmır, “Gürcü Arzusundan” təyin edilən üzvlər hər halda hər şeyə imza atırlar. Heç bir məntəqənın yenidən hesablanmasını və nə heç bir məntəqənin ləğvini, nə səslərin ləğvini, nə şikayətlərin müzakirəsini heç bir perspektivdə müzakirə etmirlər. Fərdi olaraq, tamamilə əxlaqsızcasına “Gürcü Arzusu” qərargahının xeyrinə qərarlar qəbul edirlər. Bu İsandə, Saburtaloda, Vakedə, hər yerdə baş verir. Bir şikayət təmin olunmayıb”, – Xatiya Dekanoidze bəyan etdi.

Elə onun dediyinə görə, “Milli Hərəkat” Parlament seçkilərinin ikinci turunda iştirak etməyəcək.

“Qirçinin üzvü, Yaqo Xviçiya bu gün bəyan etdi ki, çıxış var, nəticələr elə düzəldilməlidir ki, seçkilərin ikinci turunun mənası olsun.