Mamuka Baxtadze - İqtidarın əsas prioritetidir ki, Gürcüstanın bütün regionları eyni səviyyədə inkişaf edə bilsinlər və hər bir vətəndaş üçün müvafiq yaşam şəraitləri yaradılsın
Mamuka Baxtadze - İqtidarın əsas prioritetidir ki, Gürcüstanın bütün regionları eyni səviyyədə inkişaf edə bilsinlər və hər bir vətəndaş üçün müvafiq yaşam şəraitləri yaradılsın

“Məlum olduğu kimi, iqtidarın əsas prioritetidir ki, Gürcüstanın bütün regionları eyni səviyyədə inkişaf edə bilsinlər və hər bir vətəndaş üçün müvafiq yaşam şəraitləri yaradılsın” – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze Tsnoridə, 10-cu İctimai Mərkəzin açılışında çıxış edərkən verdi.

Onun dediyinə görə, Gürcüstanın hər bir vətəndaşı üçün təhsil, səhiyyə və sosiyal infrastruktura kimi servislər eyni səviyyədə əlyetərli olmalıdır.

Baş nazir Mamuka Baxtadze və Ədliyyə Naziri Tea Tsulukiani Siğnaği munisipalitetinin Tsnori şəhərində ictimai mərkəz açdılar.

Tsnori İctimai Mərkəzi şəhərə yaxın olan 13 kəndə və 30 000-ə qədər insana xidmət edəcək.

Həmçinin, baş nazirin mətbuat xidmətinin məlumatına görə, Tsnori ictimai mərkəzində özəl şirkətlərin filialları yerləşir və həmçinin, pensionerlər öz pensiyalarını şəhərdən çıxmadan yerindəcə ala biləcəklər.

İctimai mərkəzdə gənclər üçün kitabxana, kabelsiz internet və “Skype” var.

Hazırda, ölkə miqyasında, Tsnori mərkəzindən başqa müasir standartlara uyğun olan 57 ictimai mərkəz fəaliyyət göstərir.