Mamuka Baxtadze - Gürcüstanın NATO-ya inteqrasiyası heçkimə qarşı yönəldilməyib
Gürcüstanın NATO-ya inteqrasiyası heçkimə qarşı yönəldilməyib, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze Brüsseldə, NATO-nun baş katibi Yens Stoltenberq ilə keçirilən birgə brifinqində bəyan etdi.
Baxtadzenin dediyinə görə, Brüsseldə keçirilən sammitdə üzv ölkələrin liderləri bəyan etdilər ki, Gürcüstanın, öz yekun məqsədinə nail olmaq üçün bütün alətləri var.
“Gürcüstanın NATO-ya inteqrasiyası heçkimə qarşı yönəldilməyib. Gürcüstan müstəqil ölkədir və qərarları da müstəqil qəbul edirik. Gürcüstanın NATO-ya son olaraq qəbul olunması qərarı, konsesus xərcinə baş verəcək. Brüsseldə keçirilən sammitdə üzv ölkələrin liderləri bəyan etdilər ki, Gürcüstanın, öz yekun məqsədinə nail olmaq üçün bütün alətləri var”, – Mamuka Baxtadze byan etdi.
Elə onun dediyinə görə, islahatlarn keçirilməsində Gürcüstan əhəmiyyətli tərəqqiyə nail oldu.