Mamuka Baxtadze - Gürcüstanın bütün mexanizmi olacaq ki, ölkəmizdə verilən diplomlar artıq Avropa İttifaqında da qəbul ediləcək
Mamuka Baxtadze - Gürcüstanın bütün mexanizmi olacaq ki, ölkəmizdə verilən diplomlar artıq Avropa İttifaqında da qəbul ediləcək

Ali Təhsil Keyfiyyətinin Avropa Təminat Mərkəzinə (ENQA) üzv olmaq Gürcüstanın təhsil sistemi üçün tarixi hadisə və ölkəmizin ən böyük nailiyyətlərindən biridir, – bu bəyanatı Gürcüstanınbaş naziri Mamuka baxtadze verdi.

Mamuka Baxtadze qeyd etdi ki, Gürcüstan Avro-inteqrasiya yolunda yenə bir əhəmiyyətli və prinsipli addım qoydu.

“Biz bütün önəmli istiqamətlərdə Avropa ailəsinə yaxınlaşacağıq və bu təhsilə də aiddir. Deyə bilərəm ki, ENQA-nın üzvü olmaq ölkəmizin təhsil sahəsi üçün tarixi bir qərardır. Biz daha öncə də anons etdik ki, təhsil ölkəmizin əsas gücü olmalıdır” – dedi Mamuka Baxtadze.

Onun dediyinə görə, Gürcüstanın bütün praktiki mexanizmləri olacaq ki, Gürcüstanda aili təhsil müəssisələri bütün Avropa meyarlarını qane etsin və bu da deməkdir ki, Gürcüstanda verilən diplomlar Avropa İttifaqında da qüvvədə olacaq.