Mamuka Baxtadze - əminəm ki, Venesuellada hər şey demokratiya və demokratik qüvvələrin qələbəsi ilə başa çatacaq
Mamuka Baxtadze - əminəm ki, Venesuellada hər şey demokratiya və demokratik qüvvələrin qələbəsi ilə başa çatacaq

Venesuellada baş verənlər, bir daha onun nümunəsidir ki, bir siyasi qüvvə beynəlxalq ədalətə qarşı çıxmamalıdır, bu çox ağır nəricələrlə başa çatır, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze feysbuklayvda bəyan etdi.

Gürcüstanın hökumət başçısı qeyd etdi ki, Gürcüstan öz mövqeyini hələ keçən il bildirdi – Venüsuellada keçirilən seçkilərin nəticələrini tanımadı.

“Biz, hələ 2018-ci ildə bildirdik ki, Maduronun rejimi leqitim olaraq seçilməmişdir. Baxmayaraq ki, bu mövzu beynəlxalq siyasətdə bu gün çox populyardır, biz bunu hələ keçən il dedik. Sözsüz ki, ondan sonra, bizim dost və strateji müttəfiqlərimiz qərar qəbul etdilər. Maduronun rejimi artıq illərdir ki, hakimiyyətin ozurpasiyasını davam etdirir. Buna görə biz, inkişaf etmiş dünya ilə birlikdəyik. Venesuella, Gürcüstanın işğal olunmuş ərazilərini tanıyarkən, bir daha beynəlxalq ədalətdən çıxdı. Venesuellada baş verənlər, bir daha onun nümunəsidir ki, bir siyasi qüvvə beynəlxalq ədalətə qarşı çıxmamalıdır, bu çox ağır nəricələrlə başa çatır. Əminəm ki, Venesuellada hər şey demokratiya və demokratik qüvvələrin qələbəsi ilə başa çatacaq”, – baş nazir qeyd etdi