Mamuka Baxtadze - C hepatitin eliminasiya proqramı milli layihəmiz və ümumi müvəffəqiyyətimizdir
Mamuka Baxtadze - C hepatitin eliminasiya proqramı milli layihəmiz və ümumi müvəffəqiyyətimizdir

C hepatitin eliminasiya proqramı milli layihəmiz və ümumi müvəffəqiyyətimizdir, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze Dünya C Hepatit günü ilə bağlı, yeni kampaniyanın təqdimatında nitqlə çıxış edərkən verdi.

Dövlət başçısının qeyd etdiyinə görə, Gürcüstanın C Hepatitlə mübarizədə nümunəvi ölkə olması üçün çox iş görüldü.

Baş nazir Gürcüstanın bütün vətəndaşlarına skrinninq keçirmələri üçün müraciət etdi.

Gürcüstanın Səhiyyə Nazirliyi Dünya C Hepatitin günü ilə bağlı, Xəstəliklər Nəzarətinin Milli Mərkəzi ilə bərabər “Sən C” adlı yeni kampaniya başladıb, hansının məqsədi C hepatitlə mübarizədir.

Kampaniyanın təqdimatında Səhiyyə Naziri, Parlamentin üzvləri, müalicəsi müvəffəqiyyətlə başa çatan pasientlər və sahə mütəxəssisləri iştirak edirdilər.