Mamuka Baxtadze - hər bir seçicinin səsi müdafiə olunacaqdır, bu bizim hakimiyyətin siyasi iradəsidir
Hər bir seçicinin səsi müdafiə olunacaqdır, bu bizim hakimiyyətin siyasi iradəsidir, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze brifinqdə bəyan etdi.
Onun dediyinı görə, azad və demokratik seçkilər 2012-ci ildən “Gürcü Arzusu” hakimiyyəti şəraitində ənənəyə çevrildi.
“Sabah prezident seçkilərinin ikinci turudur. Azad və demokratik seçkilər 2012-ci ildən, bizim hakimiyyətimiz şəraitində ənənəyə çevrildi və gürcü xalqının bu nailiyyətini hakimiyyətimiz həmişə müdafiə edəcək.
Sabah hər bir vətəndaşın imkanı olacaqdır ki, azad seçimini etsin. Hər bir seçicinin səsi müdafiə olunacaqdır, bu bizim hakimiyyətin siyasi iradəsidir”, – Mamuka Baxtadze bəyan etdi.
Elə onun dediyinə görə, seçkilər günü, noyabrın 28-i iş günü deyil.
Mamuka Baxtadzenin dediyinə görə, hakimiyyət hər şeyi edəcəkdir ki, seçkilər azad, şəffaf və demokratik olsun.