Malta Baş naziri Robert Abela partiyasının parlament seçkilərində ardıcıl dördüncü dəfə qalib gəldiyini bildirir
Malta Baş naziri Robert Abela partiyasının parlament seçkilərində ardıcıl dördüncü dəfə qalib gəldiyini bildirir

Malta Baş naziri Robert Abela Leyboristlər Partiyasının parlament seçkilərində ardıcıl dördüncü dəfə qalib gəldiyini bildirir.

Medianın məlumatına görə, Leyboristlər Partiyası parlament çoxluğunu qazanıb, lakin nəticələr partiyanın səslərin 55%-ni topladığı 2022-ci ilin göstəriciləri ilə müqayisədə azalıb.

“Reuters” yazır ki, seçkilərin rəsmi nəticələri hələ dərc olunmayıb.

Malta Millətçi Partiyasının baş katibi Çarlz Bonello məğlubiyyəti etiraf edib, lakin qeyd edib ki, onun partiyası leyboristlərin çoxluğunu əhəmiyyətli dərəcədə azaldacaq.

Malta parlament seçkilərində seçici fəallığı 87.4% təşkil edib ki, bu da 2022-ci ilin göstəricisini cüzi şəkildə üstələyir.

Leyboristlər seçkiöncəsi kampaniyanı güclü iqtisadiyyat və hökumət təcrübəsi fonunda apardılar, Millətçilər isə iddia edirdilər ki, Avropa İttifaqının ən kiçik ölkəsində iqtisadi artıma baxmayaraq, insanların həyat keyfiyyəti pisləşib.

Məlumat üçün bildirək ki, Robert Abela 2020-ci ildən Baş nazir vəzifəsini tutur, Leyboristlər Partiyası isə 2013-cü ildən bəri hakimiyyətdədir.