Maliyyə Nazirliyinin İstintaq Xidmətinin rəhbəri Levan Xarabadze İmereti və Zuqdidi bölgələrində əməkdaşlarla işgüzar görüşlər keçirib
Maliyyə Nazirliyinin İstintaq Xidmətinin rəhbəri Levan Xarabadze İmereti və Zuqdidi bölgələrində əməkdaşlarla işgüzar görüşlər keçirib

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin rəhbəri Levan Xarabadze İmereti və Zuqdidi bölgələrində əməkdaşlarla işgüzar görüşlər keçirib.

Xidmətin rəhbəri infrastruktur və iş sahələrini də nəzərdən keçirib, həmçinin əməkdaşlarla söhbət edib və onların fəaliyyəti ilə tanış olub.

Görüşdə İstintaq Xidmətinin rəhbəri regional idarələrin rəhbərləri ilə maliyyə-iqtisadi sahədə törədilən cinayətlərə qarşı mübarizənin gələcək planlarını və fəaliyyətin əsas istiqamətlərini müzakirə edib.

Levan Xarabadze müavinləri ilə birlikdə Zuqdididə müasir infrastrukturla tam təchiz olunacaq və İstintaq Xidmətinin coğrafi əlçatanlığını təmin edəcək yeni regional ofisin tikintisinə baxış keçirib.

Bölgələrdə keçirilən görüşlərdə İstintaq Xidmətinin rəhbər müavinləri və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayır.