"Maliyyə Nazirliyinin İstintaq Xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə etmə faktı üzrə bir nəfəri həbs edib
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Milli Qida Agentliyinin Şida Kartli Regional Departamentinin baş müfəttişini vəzifə səlahiyyətlərindən sui-istifadə etmə faktı ilə əlaqədar saxlayıblar.
Dövlət qulluqçusu, maddi fayda qarşılığında, vəzifə səlahiyyətini yerinə yetirərkən əldə etdiyi məlumatı, gözlənilən yoxlamadan bir neçə gün əvvəl, MMC “Fermerlərin Evi”nin rəhbərinə çatdırırdı.
“Bu hərəkətin məqsədi şirkətin cərimələnməsinin qarşısını almaq olub. Müəyyən edilib ki, sözügedən sahibkar Qori şəhərində BAYER-in LUNA SENSATION dərmanı adı altında saxtalaşdırılmış aqrokimyəvi vasitəsini satırdı.
İş üzrə Gürcüstan Cinayət Məcəlləsinin 332-ci maddəsinin 1-ci hissəsi ilə istintaq aparılır.
Biz bir daha dövlət qulluqçuları və onlarla cinayətkar əlbirliyə girmək istəyən şəxsləri bu cür qanunsuz hərəkətlərdən çəkinməyə çağırırıq. İstənilən halda İstintaq Xidmətinin reaksiyası dərhal və sərt olacaq”, – Maliyyə Nazirliyinin istintaq xidmətinin məlumatında qeyd edilib.