Maliyyə Nazirliyi - Son beş il ərzində büdcə kəsirinin faktiki göstəricisi davamlı olaraq azalmaqdadır
Maliyyə Nazirliyi - Son beş il ərzində büdcə kəsirinin faktiki göstəricisi davamlı olaraq azalmaqdadır

Büdcə kəsirinin xərclənməsi ilə bağlı yayılmış bir yalan, Milli Statistika Xidmətinin və Maliyyə Nazirliyinin rəsmi veb səhifələrində dərc olunmuş rəsmi məlumatlarla tamamilə təkzib olunur, – bu barədə Gürcüstan Maliyyə Nazirliyinin məlumatında deyilib.

Xüsusilə, Maliyyə Nazirliyinin məlumatına görə, son beş il ərzində büdcə kəsirinin faktiki göstəricisi davamlı olaraq azalmaqdadır.

“2025-ci il bu baxımdan xüsusi ilə seçildi, çünki ilk dəfə olaraq kəsir göstəricisi ÜDM-in 2%-dən xeyli aşağı düşərək 1,4% təşkil etdi ki, bu da büdcə kəsirinin tarixi minimumudur. Nominal göstəricilərə baxsaq da, plana nisbətən kəsir orta hesabla 150–200 milyon lari həcmində azalırdı, lakin ötən il kəsirin azalması göstəricisi 1 milyard larini keçdi. Həmçinin, guya gəlirlərlə xərclər arasındakı fərqin ötən dövrdə yığılıb qalmış qalıq hesabına maliyyələşdirildiyi barədə iddialar da yalandır. Hökumətin ümumi depozitlərinə nəzər salsaq, onların həcmi 2025-ci ildə ümumilikdə 900 milyon laridən çox artaraq 6 milyard 100 milyon larini keçib. Birbaşa dövlət büdcəsinin depozitlərinin artımı isə 80 milyon larini ötüb. Həmçinin qeyd etmək lazımdır ki, 2025-ci ildə dövlət büdcəsində nəzərdə tutulan gəlirlər artıq icra olunub və ümumi artım 200 milyon laridən çox təşkil edib”, – Maliyyə Nazirliyinin məlumatında deyilib.

Qurumun məlumatına görə, “bu göstəricilərdən çıxış edərək, büdcənin kəsirli xərclənməsi ilə bağlı bu gün yayılan dezinformasiya və onun ərzaq məhsullarının qiymətləri ilə əlaqələndirilməsi ictimaiyyəti çaşdırmağa yönəlmiş növbəti uğursuz cəhddir”.