Maliyyə Nazirliyi - Gömrük zabitləri DİN əməkdaşları ilə birlikdə Tbilisi hava limanında 809 ədəd həb psixotrop vasitə aşkar ediblər
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Keçid Məntəqəsinin “Tbilisi Hava Limanı”nın gömrük əməkdaşları, Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamentinin əməkdaşları ilə birlikdə həyata keçirilmiş tədbir nəticəsində Gürcüstan ərazisinə xüsusilə külli miqdarda psixotrop maddələrin qanunsuz idxalının qarşısını alıblar.
Gömrük zabiti tərəfindən xarici ölkə vətəndaşa məxsus baqajın ətraflı yoxlanılması nəticəsində tərkibində psixotrop maddələr olan 809 həb aşkar edilib.
İş materialları əlavə tədbirlər görülməsi məqsədi ilə Gürcüstan Daxili İşlər Nazirliyinə təhvil verilib.
Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayır.