Maliyyə Nazirliyi - "Fitch" kredit agentliyi Gürcüstanın suveren reytinqini qiymətləndirib və müxtəlif amilləri nəzərə alaraq reytinqi dəyişmədən, BB səviyyəsində saxlayıb
“Fitch” kredit agentliyi Gürcüstanın suveren reytinqini qiymətləndirib və müxtəlif amilləri nəzərə alaraq reytinqi dəyişmədən, BB səviyyəsində saxlayıb. Bu barədə Maliyyə Nazirliyi məlumat yayır.
Agentliyin yazdığı kimi, sənəddə qeyd olunur ki, Gürcüstan oxşar reytinqlərə və etibarlı makrofiskal siyasət çərçivəsinə malik ölkələrlə müqayisədə yüksək iqtisadi inkişafa malikdir.
“Həm hökumətin borc səviyyəsi, həm də bank sektorunun fəaliyyəti stabil olaraq qiymətləndirilib. Bununla yanaşı, “Fitch” həmçinin dollarizasiyanın və xarici valyutada ifadə olunan borcun yüksək səviyyəsini qeyd edir.
Fitch, ölkənin potensial iqtisadi artımının müxtəlif sektorlara investisiyalar hesabına artdığını izah edir və 2025-2026-cı illərdə iqtisadi artımın 5%-dən yuxarı olacağını gözləyir. Əvvəlki qiymətləndirmədə olduğu kimi, bu hesabatda da büdcə göstəricilərinin gözləniləndən daha yaxşı nəticələr göstərdiyi vurğulanır ki, bu da yüksək büdcə gəlirlərinin səfərbər olunması ilə bağlıdır”, – deyə Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilib.