Maliyyə nazirinin müavini Ekaterine Quntsadze - “Fitch”in qiymətləndirməsində mühüm makroiqtisadi və fiskal parametrlərin daha da yaxşılaşması və müsbət dinamika qeyd olunur
Maliyyə nazirinin müavini Ekaterine Quntsadze - “Fitch”in qiymətləndirməsində mühüm makroiqtisadi və fiskal parametrlərin daha da yaxşılaşması və müsbət dinamika qeyd olunur

“Fitch” kredit agentliyinin qiymətləndirməsində beynəlxalq ehtiyatların, ticarət kəsirinin və digər əhəmiyyətli makroiqtisadi və fiskal göstəricilərin daha da yaxşılaşması və müsbət dinamika müşahidə olunduğu qeyd olunur, – deyə maliyyə nazirinin müavini Ekaterine Quntsadze bildirib.

Onun dediyinə görə, Gürcüstanın kredit reytinqinin qorunub-saxlanması və yenidən BB səviyyəsində təsdiqlənməsi, proqnozun isə mənfidən sabitə yaxşılaşdırılması vacibdir.

Maliyyə nazirinin müavini bildirib ki, sənəddə qeyd olunur ki, bank sektorunun dayanıqlığı və ölkənin həm cari, həm də orta müddətli illər üçün iqtisadi artım proqnozları daha da yaxşılaşdırılıb.

Məlumat üçün bildirək ki, “Fitch” kredit agentliyi Gürcüstanın suveren reytinqini BB səviyyəsində qiymətləndirib və proqnozu mənfidən stabil səviyyəyə qədər yaxşılaşdırıb.