Maliyyə nazirinin müavini – Dəyişikliklər yalnız fiziki şəxslərin əmlak vergisinə şamil olunacaq və kommersiya subyektlərinə qarşı tətbiq edilməyəcək, bu istiqamətdə islahat davam etdiriləcək
Gürcüstanın maliyyə nazirinin müavini Qiorqi Kakauridze bildirir ki, əmlak vergisi ilə bağlı qanunvericilik dəyişikliyi fiziki şəxslərə şamil olunacaq, kommersiya subyektləri ilə münasibətdə isə islahat üzərində iş davam etdiriləcək.
Kakauridzenin qeyd etdiyi kimi, gələn həftənin əvvəlində müzakirələr keçiriləcək və bundan sonra Maliyyə Komitəsi dəyişiklikləri parlamentə təqdim edəcək.
“Detallar üzərində iş parlamentin Maliyyə-Büdcə Komitəsi ilə birlikdə davam edir. Bazar ertəsi-çərşənbə axşamı son müzakirələrimiz olacaq və bundan sonra, ehtimal ki, parlamentin Maliyyə Komitəsi qeyd olunan məsələni təqdim edəcək. Təfərrüatlar barədə əvvəlcədən danışa bilmərəm, hərçənd əsas məqam odur ki, hədlər dəyişəcək. Hazırkı mərhələdə dəyişikliklər yalnız fiziki şəxslərə şamil olunacaq, kommersiya subyektləri ilə bağlı isə heç bir dəyişiklik edilməyəcək və bu istiqamətdə islahatlar davam etdiriləcək. Gələcəkdə yəqin ki, bu hissəyə mərhələli şəkildə keçəcəyik, çünki kommersiya sahəsində islahatın həyata keçirilməsi daha mürəkkəbdir.
Bu günə olan vəziyyətə görə mövzu olan 40 000 larilik hədd Gürcüstan vətəndaşları üçün müəyyən edilmiş bir güzəştdir. Müvafiq olaraq, bu 40 000 larilik hədd bizdə güzəşt kimi tətbiq olunur. Bu güzəştin məbləğinin nə qədər dəyişəcəyi üzərində isə hazırda işləyirik. Şirkətlərin hissəsində hələlik eyni vəziyyət qorunub saxlanılacaq, lakin fiziki şəxslərlə bağlı son redaksiya üzərində artıq gələn həftənin sonunadək parlamentlə razılığa gələcəyik. Son variant əlimizdə olduqda, bunun büdcədən necə balanslaşdırılacağına isə artıq büdcə dəyişiklikləri ilə birlikdə qərar verəcəyik”, – Kakauridze bildirib.
Dəyişikliklərin 1 noyabr tarixinədək qəbul edilməyə çatdırılıb-çatdırılmayacağı barədə suala cavab olaraq Kakauridze qeyd edib ki, qanun layihəsi sürətləndirilmiş qaydada qəbul olunacaq və artıq bu il ödəniləcək məbləğlərə şamil edilməsi mümkün olacaq.
Məlumat üçün bildirək ki, avqustun 31-də parlament çoxluğunun lideri İrakli Kirtsxalia Maliyyə-Büdcə Komitəsinin Maliyyə Nazirliyi ilə birlikdə fiziki şəxslər üçün əmlak vergisinin ödənilməsi üzrə mövcud 40 000 larilik həddin artırılması istiqamətində aktiv iş apardığını bildirib.