Maka Boçorişvili – Yeni il gecəsi İsveçrədə baş vermiş faciəli partlayışla bağlı dərin kədərimi bildirirəm, yaxınlarını itirən ailələrə səmimi başsağlığı verirəm

12:47, 02.01.2026

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili İsveçrənin xizək kurortunda baş vermiş faciəyə “X” sosial şəbəkəsində münasibət bildirir.

“Yeni il gecəsi Krans-Montanada baş vermiş faciəli partlayışla bağlı dərin hüznümü bildirirəm. Yaxınlarını itirən ailələrə və yaralananların hamısına səmimi başsağlığı verirəm. Bizim düşüncələrimiz və həmrəyliyimiz İsveçrə xalqı ilədir”, – Maka Boçorişvili yazır.

Məlumat üçün bildirək ki, partlayış yanvarın 1-də yerli vaxtla saat 01:30-da Yeni il şənliklərinin keçirildiyi Krans-Montana xizək kurortunda yerləşən “Le Constellation Bar and Lounge”da baş verib. Xizək kurortunda partlayış nəticəsində 40-a yaxın insan həlak olub, 100-dən çox insan isə yaralanıb.

Oxşar