Maka Boçorişvili və Rumıniyanın Xarici İşlər Naziri arasında telefon danışığı baş tutub
Rumıniya tərəfinin təşəbbüsü ilə 2026-cı ilin aprelin 16-da Gürcüstanın Xarici İşlər Naziri Maka Boçorişvili və Rumıniya Xarici İşlər Naziri Oana-Silvia Tsoiu arasında telefon danışığı baş tutub. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayır.
Nazirliyin məlumatına görə, tərəflər Gürcüstan və Avropa İttifaqı arasındakı münasibətləri və Gürcüstanda cari prosesləri müzakirə ediblər.
“Maka Boçorişvili regiondakı mövcud çağırışları və bu kontekstdə sabitlik və təhlükəsizliyin vacibliyini vurğulayıb. Diqqət Qara dəniz regionunda əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətinə yönəldildi”, – Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.