Maka Boçorişvili UNESCO-nun Baş Konfransının iclası çərçivəsində “Silk Road Samarkand” kompleksində gürcü pavilyonunu açıb
Maka Boçorişvili UNESCO-nun Baş Konfransının iclası çərçivəsində “Silk Road Samarkand” kompleksində gürcü pavilyonunu açıb

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Səmərqənd şəhərində, UNESCO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində, “Silk Road Samarkand” kompleksində gürcü pavilyonunu açıb.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, açılış mərasimində UNESCO-nun baş direktoru Odre Azule də iştirak edib.

Ekspozisiya Gürcüstanın qeyri-maddi mədəni irsinə – küp(kvevri) şərabının hazırlanması ənənəsinə və gürcü polifonik musiqisinə həsr olunub və o, Mədəniyyət Nazirliyi və Milli Şərab Agentliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

Sərgi gürcü şərabı ilə əlaqəli unikal eksponatların surətlərini əhatə edir. Pavilyonda həmçinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş gürcü memarlıq abidələri və qeyri-maddi irsi əks etdirən stendlər təqdim olunub.