2024-cü ilin 20 dekabr tarixində Gürcüstanın Xarici İşlər Naziri Maka Boçorişvili ilə Türkiyə Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli səfiri Ali Kaan Orbay arasında görüş keçirilib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayır.
Agentliyin məlumatına əsasən, Türkiyə səfiri naziri vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
“Tərəflər Gürcüstan və Türkiyə Respublikası arasında mövcud strateji tərəfdaşlığı, həmçinin sahə qurumlarının səfərlərinin qarşılıqlı mübadiləsinin artan dinamikasının əhəmiyyəti vurğulanıb.
Strateji əməkdaşlıq çərçivəsində ikitərəfli və çoxtərəfli gündəliyin aktual məsələləri müzakirə edilib. Bölgədə cari proseslərə və regionda sabitliyin və sülhün təşviqi baxımından Gürcüstan və Türkiyənin roluna diqqət yetirilib. Türkiyə tərəfi Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini təsdiqləyib.
Görüşdə Gürcüstan-Türkiyə arasında ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunub. Diqqət regional əməkdaşlıq məsələlərinə, birgə layihələrin həyata keçirilməsinin vacibliyinə və iki ölkənin tranzit və nəqliyyat potensialından tam istifadə edilməsinin zəruriliyinə yönəldilib.
Görüşün sonunda tərəflər Gürcüstan-Türkiyə münasibətlərinin uğurlu inkişafı məqsədi ilə fəal əməkdaşlığa dair razılığa gəliblər”, – Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.