Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Türkiyə Respublikasında ilk rəsmi səfərdədir.
Xarici işlər nazirliyinin rəhbəri rəsmi görüşlər başlamazdan əvvəl Mustafa Kamal Atatürkün türbəsini ziyarət edib və məzarı əklillə bəzəyib.
Maka Boçorişvili xatirə kitabına ürək sözlərini yazıb.
Qeyd etmək lazımdır ki, səfər çərçivəsində xarici işlər naziri türkiyəli həmkarı Hakan Fidan ilə görüş keçirib, həmçinin Türkiyə Respublikası Parlamentinin sədri Numan Kurtulmuşla da görüş planlaşdırılıb.