Maka Boçorişvili - Təhsil islahatını siyasiləşdirmək cəhdlərinin olduğunu görürük, bu prosesə xarici ölkələrin səfirlərinin cəlb olunması qəbuledilməzdir
Maka Boçorişvili - Təhsil islahatını siyasiləşdirmək cəhdlərinin olduğunu görürük, bu prosesə xarici ölkələrin səfirlərinin cəlb olunması qəbuledilməzdir

Təhsil islahatını siyasiləşdirmək cəhdlərinin olduğunu görürük, bu prosesə xarici ölkələrin səfirlərinin cəlb olunması qəbuledilməzdir, – bu barədə Xarici İşlər Naziri Maka Boçorişvili bildirib.

Boçorişviliyə Estoniya səfirinin İlia Dövlət Universitetinə həmrəylik ifadə etməsini necə qiymətləndirdiyi barədə sual ünvanlanıb.

“Hansı dəstəkdən söhbət getdiyi bəlli deyil. Biz təhsil islahatını siyasiləşdirmək cəhdlərinin olduğunu görürük. Bu prosesə xarici ölkələrin səfirlərinin cəlb olunması qəbuledilməzdir. Bu, ölkəmizin çox mühüm daxili siyasi məsələsidir, ölkədə təhsil siyasətinə aiddir və gələcək nəsillərimiz üçün yaxşı təhsil sisteminin yaradılması ilə bağlıdır. Bu prosesin siyasiləşdirilməsi yalnız və yalnız təhsil islahatına zərər vurmağa yönəlmiş olacaq, xeyrinə deyil. Müvafiq olaraq, xarici aktorların bu məsələni siyasiləşdirməyə çalışmasını görmək həqiqətən qəbuledilməzdir”, – deyə Maka Boçorişvili bildirib.