Maka Boçorişvili - Regionumuzun, yəni Orta Dəhlizin inkişaf perspektivlərindən danışarkən, məhz Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verilir
Azərbaycan bizim üçün mühüm strateji tərəfdaşdır. Xüsusilə regionumuzun Orta Dəhliz kimi inkişaf perspektivlərindən danışarkən, məhz Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verilir, bu kontekstdə bu gün həqiqətən də mühüm sazişlər imzalanıb, – bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.
Nazirin sözlərinə görə, Gürcüstan üçün tranzit potensialından tam istifadə etmək vacibdir.
“Tranzit potensialı ilə bağlı mövzulardan başqa, Azərbaycan tərəfinin iki ölkə arasında sərnişin qatarlarının hərəkətinin bərpa edilməsi barədə qərarı da mühüm əhəmiyyət kəsb edirdi. Bu, həm bizim vətəndaşlarımız, həm də Azərbaycan üçün vacibdir. Bu qərar xalqlararası münasibətlərə mühüm töhfə verəcək. Gürcüstanın tranzit potensialı təkcə regionumuzun ölkələri üçün deyil, digər ölkələr üçün də maraqlıdır. Afrika qitəsində mövcud olan potensial getdikcə artır və bundan bizim də düzgün istifadə etməyimiz vacibdir. Bu kontekstdə, əlbəttə ki, Kenya Prezidenti ilə görüş yaxşı bir fürsət idi”, – Boçorişvili bildirib.