Maka Boçorişvili - Raisina Dialogue Gürcüstanın mövqelərinin ictimai və yüksək səslə səsləndirilməsi üçün çox yaxşı fürsətdir
Maka Boçorişvili - Raisina Dialogue Gürcüstanın mövqelərinin ictimai və yüksək səslə səsləndirilməsi üçün çox yaxşı fürsətdir

Raisina Dialogue Gürcüstanın mövqelərinin ictimai və yüksək səslə səsləndirilməsi üçün çox yaxşı fürsətdir, – bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili rəsmi səfərdə olduğu Hindistanda bildirib.

Boçorişvilinin dediyinə görə, forumda dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli nümayəndələr iştirak edirlər.

“Bu, xüsusilə iqtisadi problemlərin və qlobal çağırışların müzakirəsi üçün çox vacib forumdur”, – Boçorişvili bildirib.

Raisina Dialogue Observer Research Foundation tərəfindən təşkil edilən və hər il Yeni Dehlidə keçirilən konfransdır.

Yeni Dehlidə davam edən konfransda dünyanın müxtəlif ölkələrindən nümayəndələr, o cümlədən ABŞ-ın milli təhlükəsizlik rəhbəri Tulsi Qabbard iştirak edir.

Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, konfrans çərçivəsində XİN rəhbəri Qafqaz regionu, geosiyasi dinamika, qlobal təhlükəsizlik çağırışları, iqtisadi tendensiyalar üzrə panel müzakirələrdə çıxış edəcək; O, həmçinin Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar və konfransda iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə ikitərəfli görüşlər keçirəcək. Konfransda dünya liderləri, diplomatlar, biznes liderləri və akademik dairələrin nümayəndələri geosiyasi dinamika, qlobal təhlükəsizlik çağırışları, iqtisadi tendensiyalar və bu istiqamətdə çoxtərəfli əməkdaşlığı müzakirə edəcəklər.