Maka Boçorişvili Qətər Xarici İşlər Nazirliyinin baş katibi ilə görüşüb

21:20, 30.01.2026

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ikitərəfli siyasi məsləhətləşmələrin dördüncü raundu çərçivəsində Qətər Dövlətinin Xarici İşlər Nazirliyinin baş katibi Əhməd Həsən Əl-Həmmadi ilə görüş keçirib.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə tərəflər iki ölkə arasında əməkdaşlıq gündəliyini və ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi imkanlarını müzakirə ediblər.

Əməkdaşlığı daha da intensivləşdirməyə hazır olduqları bildirilib və yüksək səviyyəli səfərlərin mübadiləsinin vacibliyi vurğulanıb.

Oxşar