Maka Boçorişvili Nyu-Yorkda yaşayan gürcülərlə görüş keçirib
Maka Boçorişvili Nyu-Yorkda yaşayan gürcülərlə görüş keçirib

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Nyu-Yorka səfəri çərçivəsində Nyu-Yorkda yaşayan gürcülərlə görüş keçirib.

XİN-nin məlumatına görə, görüşdə xaricdəki gürcü diasporunun milli-mədəni kimliyinin qorunub saxlanmasında, Gürcüstanın populyarlaşdırılmasında və ölkənin müsbət imicinin təqdim olunmasında mühüm rolu vurğulanıb.

“Diasporla əlaqənin Gürcüstan hökuməti və Xarici İşlər Nazirliyinin mühüm prioritetlərindən biri olduğu və dövlətin bu istiqamətdə bir sıra layihələr həyata keçirdiyi vurğulanıb. Görüşdə xarici işlər naziri Gürcüstanın xarici siyasət prioritetləri, ölkənin qarşısında mövcud çağırışlar, hökumətin ölkədə sülh və sabitliyin qorunması üçün göstərdiyi səylər barədə danışıb. Görüş çərçivəsində XİN rəhbəri diaspor nümayəndələrinin suallarını cavablandırıb. Xarici işlər naziri diaspor nümayəndələrinə Nyu-York şəhərində, Gürcüstanın Baş Konsulluğunda ev sahibliyi edib”, – Gürcüstanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.