Maka Boçorişvili Maltanın Suveren Ordeninin səfiri Teodoriko Nani ilə görüş keçirib
Maka Boçorişvili Maltanın Suveren Ordeninin səfiri Teodoriko Nani ilə görüş keçirib

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Maltanın Suveren Ordeninin səfiri Teodoriko Nani ilə görüş keçirib. Görüşdə Gürcüstan və Maltanın Suveren Ordeni arasında mövcud əlaqələr və əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Xarici işlər naziri Maltanın Suveren Ordeninin Gürcüstanda həyata keçirdiyi mühüm humanitar və xeyriyyə fəaliyyətinə görə minnətdarlığını bildirib.

Tərəflər müxtəlif istiqamətdə əməkdaşlığı dərinləşdirməyə və birgə layihələrin həyata keçirilməsinə kömək etməyə hazır olduqlarını ifadə ediblər.