Xarici işlər naziri Maka Boçorişvili Macarıstanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Anna Mariya Şiko ilə görüşüb.
Söhbət iki ölkə arasında yüksək səviyyəli səfərlərin mübadiləsinin dinamikasına və planlaşdırılan görüşlərə toxunulub.
Tərəflər Gürcüstan-Macarıstan əməkdaşlığı, o cümlədən ticarət-iqtisadi sahədə məssələləri müzakirə ediblər.
“Gürcüstan Hökuməti ilə Macarıstan Hökuməti arasında İnvestisiyaların Təşviqi və Qarşılıqlı Müdafiəsi haqqında” saziş çərçivəsində əməkdaşlıq vurğulanıb.
Görüşdə söhbət Gürcüstandaki cari proseslər və Avropa İttifaqı ilə əlaqələrə toxunuldu; Macarıstanın Avropaya inteqrasiya yolunda dəstəkləyici mövqeyinin əhəmiyyətinə diqqət yönəldilib.
Görüşdə tərəflər Gürcüstan və Macarıstan arasında qurulan sıx dostluq və möhkəm strateji tərəfdaşlığı bir daha vurğuladılar.
Maka Boçorişvili Macarıstan səfirinə Gürcüstana göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkür edib.
Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.