Maka Boçorişvili Küveyt Dövlətinin Xarici İşlər Naziri ilə görüş keçirib
Maka Boçorişvili Küveyt Dövlətinin Xarici İşlər Naziri ilə görüş keçirib

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Antalya Diplomatik Forumu çərçivəsində Küveytin xarici işlər naziri Abdulla Əli Əl-Yahiya ilə görüş keçirib.

Tərəflər Gürcüstan və Küveyt Dövləti arasında əməkdaşlığın geniş spektrini və yüksək səviyyəli səfərlərin mübadiləsi məsələlərini müzakirə ediblər.

Söhbət iki ölkə arasında ticarət, investisiyalar, turizm istiqamətində əlaqələrə və iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın yaradılması təşəbbüsünə toxunulub. Küveytin investisiya fondları ilə səmərəli əməkdaşlığı vurğulanıb, həmçinin ölkələr arasında ticarət əlaqələrinin gücləndirilməsi üçün artan potensialın olduğu qeyd olunub.

Tərəflər həmçinin təhsil və mədəniyyət sahəlsində əlaqələri nəzərdən keçiriblər. Xalqlar arasında əlaqələrin aktivləşməsi və Küveytdən Gürcüstana müntəzəm birbaşa aviareyslərin həyata keçirilməsinə şərait yaradan ziyarətçilərin artan dinamikası müsbət qiymətləndirilib.

Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayır.