Maka Boçorişvili Kişinyovda keçiriləcək Avropa Şurası Nazirlər Komitəsinin 135-ci sessiyasında iştirak edəcək
Maka Boçorişvili Kişinyovda keçiriləcək Avropa Şurası Nazirlər Komitəsinin 135-ci sessiyasında iştirak edəcək

Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili mayın 15-də Kişinyovda keçiriləcək Avropa Şurası Nazirlər Komitəsinin 135-ci sessiyasında iştirak edəcək.

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, Maka Boçorişvili Nazirlər Komitəsinin sessiyasının iştirakçılarına müraciət edəcək.

Nazirlikdə bildirdiklərinə görə, ministerial çərçivəsində digər nazirlərlə ikitərəfli görüşlər də planlaşdırılıb.

Avropa Şurası Nazirlər Komitəsinin 135-ci iclası Moldova Respublikasının sədrliyi ilə keçirilir. Ministerial başa çatdıqdan sonra, Moldova Respublikası Nazirlər Komitəsinə sədrlik missiyasını növbəti altı ay ərzində komitəyə rəhbərlik edəcək Monakoya təhvil verəcək.