Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Boçorişvili Xorvatiyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Branko Zebiç ilə görüş keçirdi.
Tərəflər Gürcüstan və Xorvatiya arasında mövcud dostluq münasibətlərindən və fəal parlament əməkdaşlığından danışdılar.
Gürcüstan-Avropa İttifaqı münasibətlərinin aktual məsələlərini nəzərdən keçirdilər, diqqət Gürcüstanın Avropa İttifaqına inteqrasiyası, aparılan islahatlar və əldə olunan irəliləyişlərə yönəldi.
Tərəflər Gürcüstanın geosiyasi əhəmiyyətindən və Avropa İttifaqı ilə əməkdaşlığın perspektivlərindən danışdılar, ölkədə mövcud siyasi prosesləri, regiondakı mövcud vəziyyəti və təhlükəsizlik çağırışlarını nəzərdən keçirdilər.
Bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayır.