Maka Boçorişvili İsrailin xarici işlər naziri Qideon Saar ilə görüşdü
Maka Boçorişvili İsrailin xarici işlər naziri Qideon Saar ilə görüşdü

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili İsrail dövlətinə ilk rəsmi səfəri çərçivəsində İsrailin xarici işlər naziri Qideon Saar ilə görüşdü. Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.

Qurumun məlumatına görə, görüş zamanı nazirlər Gürcüstan və İsrail arasında tarixi və mədəni əlaqələri vurğuladılar və ikitərəfli münasibətlərə dair məsələləri müzakirə etdilər.

İki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə xüsusi diqqət yetirildi.

Söhbətdə bölgədəki mövcud təhlükəsizlik mühitinə toxunuldu. Gürcüstanın xarici işlər rəhbəri İsrail və „HƏMAS“ arasında Qəzza sülh planının birinci mərhələsinə dair razılaşmanı təqdir etdi və ABŞ və şəxsən prezident Trampın regionda sülhün əldə olunması üçün xüsusi səylərini və töhfəsini vurğuladı. Xarici işlər naziri bir daha təsdiqlədi ki, Gürcüstan münaqişənin sülh yolu ilə həllini dəstəkləyir.

Görüşün sonunda tərəflər ikitərəfli formatda əməkdaşlığı davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.