Maka Boçorişvili - İşğal şəraitində diplomatik münasibətlərin bərpası barədə danışmaq mümkün deyil
İşğal şəraitində diplomatik münasibətlərin bərpası barədə və ya münasibətin normallaşdırılması barədə danışmaq mümkün deyil, – Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzinin iki ölkə arasında diplomatik münasibətlərin bərpası ilə bağlı bəyanatına belə münasibət bildirib.
“Gürcüstanla Rusiya arasında problemin nə olduğunu və Gürcüstanla Rusiya arasında diplomatik münasibətlərin qarşısında nələrin dayandığını hərkəs yaxşı bilir. Bu, bizim ərazilərimizin işğalıdır və Rusiya ilə münasibətlərin normallaşmasına bir nömrəli maneə də budur”, – nazir qeyd edib.
Onun dediyinə görə, oxşar bəyanatların Gürcüstanda müxalifət tərəfindən necə istifadə olunduğu maraqlıdır.
“Burada ikinci məsələ Gürcüstanda oxşar bəyanatların necə işlədilməsidir və bu, sanki onlara həyati qüvvə vermək üçün edilir ki, müxalifət qüvvələri boş gündəm qarşısında öz şərhlərini verəcək yeni mövzular yaratmaq imkanı əldə etsinlər.
Bir daha: məsələ sadədir. Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş iki bölgəsi var və təbii ki, işğal şəraitində diplomatik münasibətlərin bərpasından danışmaq mümkün deyil”, – Boçorişvili qeyd edib.