Maka Boçorişvili Fransa səfiri Olivye Kurto ilə görüşüb
Maka Boçorişvili Fransa səfiri Olivye Kurto ilə görüşüb

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Fransanın Gürcüstandakı səfiri Olivye Kutro ilə görüşüb. Bu barədə məlumatı Xarici İşlər Nazirliyi yayır.

Qurumun məlumatına görə, görüş zamanı tərəflər Gürcüstan-Fransa münasibətlərinin aktual məsələlərini və əməkdaşlığın inkişafı üçün mümkün istiqamətləri müzakirə ediblər.

“Tərəflər, həmçinin Gürcüstanın Avropa İttifaqına inteqrasiyası məsələsinə dair fikir mübadiləsi apardılar. Bu prosesdə gələcək əməkdaşlığın və dialoqun əhəmiyyəti xüsusi ilə vurğulanıb.

Olivye Kurto Fransanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qəti və qeyd-şərtsiz dəstəyini bir daha təsdiqləyib.

Xarici işlər naziri Fransa səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb”, – Xarici işlər nazirliyi yazır.