Maka Boçorişvili – Dünya Hökumətlər Sammiti mühüm tədbirdir, müxtəlif dövlətlərlə siyasi dialoq aparmaq üçün çox yaxşı fürsətdir
Dünya Hökumətlər Sammiti yüksək səviyyəli siyasi və biznes liderlərini bir araya gətirən mühüm beynəlxalq tədbirdir. Gürcüstanın Baş nazirinin sammitdə iştirakı həm siyasi, həm də iqtisadi istiqamətlərdə əhəmiyyətli imkanlar yaradır, – bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.
Onun sözlərinə görə, Baş nazir sammit çərçivəsində müxtəlif tədbirlərdə iştirak edəcək və ikitərəfli görüşlər keçirəcək.
“Baş nazir bir neçə tədbirdə iştirak edəcək. Həmçinin müxtəlif dövlətlərin liderləri və biznes dairələrin nümayəndələri ilə ikitərəfli görüşlər planlaşdırılır. Bu, əlbəttə ki, Gürcüstanın maraqlarına uyğun olaraq müxtəlif dövlətlərlə siyasi dialoq aparmaq üçün çox yaxşı fürsətdir”, – deyə Maka Boçorişvili bildirib.