Maka Bocorişvili - Dövlət katibinin müavini ilə görüşdə arqumentləri bölüşmək, fikirlərlə tanış olmaq üçün yaxşı fürsət var idi, tərəfdaşlarla dialoqun alternativi yoxdur
Maka Bocorişvili - Dövlət katibinin müavini ilə görüşdə arqumentləri bölüşmək, fikirlərlə tanış olmaq üçün yaxşı fürsət var idi, tərəfdaşlarla dialoqun alternativi yoxdur

 

ABŞ dövlət katibinin müavini ilə görüşdə arqumentləri bölüşmək, fikirlərlə tanış olmaq üçün yaxşı fürsət var idi-bu haqda
Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Bocorişvili ABŞ dövlət katibinin demokratiya və insan haqları məsələləri üzrə müavini Uzra Zeia ilə görüşdən sonra bildirib.

Bocorişvili, tərəfdaşlarla dialoqun alternativinin olmadığını bildirib.

“Biz çox danışdıq, bu çox yaxşı fürsətdir. Ümumiyyətlə, dialoqun alternativi yoxdur. Strateji tərəfdaşlarla əməkdaşlıq, siyasi dialoq bizim üçün çox vacibdir. Təbii ki, bu görüş, səfər də çox mühüm və yaxşıdır. Problemli məsələlər də daxil olmaqla bir çox məsələlər haqqında danışmaq imkanımız oldu. Bir-birimizlə arqumentləri bölüşmək, fikirlərlə tanış olmaq üçün yaxşı fürsət var idi. Tərəfdaşlarla siyasi dialoqun alternativi yoxdur və bu, daha bir yaxşı fürsət idi”- deyə Maka Bocorişvili bildirib.