2026-cı il 23–24 aprel tarixlərində Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Yunanıstan Respublikasına səfər edəcək və burada “Delfos İqtisadi Forumu”nda iştirak edəcək.
Xarici İşlər Nazirliyinin məlumatına görə, forum çərçivəsində Maka Boçorişvilinin “Genişlənmənin təmin etdiyi müdafiə: təhlükəsizlik üzvlüyün yeni dayağı kimi” adlı işçi sessiyada iştirakı planlaşdırılır.
Xarici işlər naziri “Aralıq dənizindən Qara dənizədək: Avropanın yeni təhlükəsizlik kəməri” adlı işçi sessiyada çıxış edəcək.
Nazir həmçinin Orta Dəhliz və Gürcüstanın regional və qlobal nəqliyyat və logistika sistemindəki strateji rolu ilə bağlı müzakirələrdə iştirak edəcək.