Maka Boçorişvili Budapeşt Qlobal Dialoqunda iştirak edəcək
Maka Boçorişvili Budapeşt Qlobal Dialoqunda iştirak edəcək

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili 9-10 fevral tarixlərində Macarıstana rəsmi səfər edəcək və Budapeşt Qlobal Dialoqunda iştirak edəcək.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, səfər çərçivəsində Maka Boçorişvili Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüş keçirəcək, bundan sonra xarici işlər nazirləri mətbuata bəyanatlar verəcəklər.

Həmçinin, Macarıstan Milli Məclisinin sədri Laslo Koverlə görüş planlaşdırılıb.