Maka Boçorişvili Bolqarıstanın səfiri ilə görüşdü
Maka Boçorişvili Bolqarıstanın səfiri ilə görüşdü

Xarici işlər naziri Maka Boçorişvili Bolqarıstan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Veselin Valkanov ilə görüşdü.

Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Gürcüstan və Bolqarıstan arasında mövcud ənənəvi dostluq münasibətləri üzrə söhbət etdilər.

“Ölkələr arasında iqtisadi əlaqələrin müsbət dinamikası vurğulandı. Siyasi dialoqa və prioritet istiqamətdə əməkdaşlığa xüsusi diqqət yetirildi. Həmçinin, söhbətdə iki ölkə arasında regional kontekstdə əməkdaşlığın əhəmiyyətinə və Qara dəniz regionunun potensialının daha da inkişaf etdirilməsinə toxunuldu. Görüşdə regionda cari proseslər müzakirə olundu. Söhbət Gürcüstanla Avropa İttifaqı arasında münasibətlərə də toxunulub. Avropaya inteqrasiya yolunda Bolqarıstan Respublikasına dəstəyin vacibliyi qeyd edildi. Tərəflər gələcəkdə sıx əməkdaşlığa hazır olduqlarını bildirdilər “, – Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.