Maka Boçorişvili - Bizim Ukraynaya qarşı çox möhkəm qurulmuş siyasətimiz var və beynəlxalq normaların prinsiplər səviyyəsində həyata keçirilməsinin tərəfdarıyıq və burada təəccüblü heç nə yoxdur
Biz Ukraynaya münasibətdə ardıcılıq nümayiş etdiririk; qərarımız və dəstəyimiz məhz bu siyasətlə uyğun gəlir, – bu barədə xarici işlər naziri Maka Boçorişvili bildirib.
Onun dediyinə görə, Gürcüstan beynəlxalq normaların prinsiplər səviyyəsində həyata keçirilməsini dəstəkləyir.
“Biz Ukraynaya münasibətimizdə ardıcılyıq, bunu dəfələrlə demişik. Bizim çox möhkəm qurulmuş mövqeyimiz var, müvafiq olaraq, bütün qərarlarımız və dəstəyimiz bu siyasətlə uyğun gəlir. Bu gün kimsə təəccüblənirsə, bu dezinformasiya və informasiya manipulyasiyasının nəticəsidir. Təəccüblü heç nə yoxdur, bizim Ukrayna ilə bağlı çox möhkəm qurulmuş siyasətimiz var, beynəlxalq normaların prinsiplər səviyyəsində həyata keçirilməsinin tərəfdarıyıq. Bu, bizim üçün çox vacibdir. Lakin bir daha təkrar edirəm ki, qərarlarımız ondan irəli gəlir ki, biz ölkəmiz üçün təhlükə yaratmaq və Gürcüstanın təhlükəsizliyini sual altına alan qərarlar qəbul etmək istəmirik”, – Boçorişvili bildirib.