Maka Boçorişvili – Avropalı siyasətçilər bir tərəfdən Gürcüstan cəmiyyətindəki qütbləşmə ilə bağlı narahatlıqlarını ifadə edirlər, digər tərəfdən isə cəmiyyətimizi daha da parçalamaq üçün əllərindən gələni edirlər
Baş nazirin müavini, xarici işlər naziri Maka Boçorişvilinin sözlərinə görə, avropalı siyasətçilərin vizasız rejimin seçici şəkildə dayandırılması ilə bağlı bəyanatlarından siyasi alət kimi istifadə olunur və cəmiyyətin parçalanmasına xidmət edir.
XİN rəhbərinin izah etdiyinə görə, bu, Gürcüstanın və gürcü cəmiyyətinin maraqlarına qarşı yönəlib.
“Çox təəssüf ki, avropalı siyasətçiləri bir tərəfdən gürcü cəmiyyətindəki qütbləşmə ilə bağlı narahatlıqlarını ifadə edirlər, digər tərəfdən isə cəmiyyətimizi daha da bölmək, qarşı-qarşıya qoymaq və cəmiyyətimizi parçalamaq üçün əllərindəki siyasi alətlərdən istifadə etmək üçün hər şeyi edirlər. Bu cür bəyanatların verilməsi yalnız və yalnız cəmiyyətimizə, dövlət maraqlarımıza qarşı yönəlib və heç bir şəkildə nə Avropanın, nə də Gürcüstanın maraqlarına uyğun gəlmir”, – Maka Boçorişvili qeyd edib.