Maka Boçorişvili ATƏT-in fəaliyyətdə olan sədri və İsveçrə Federal Xarici İşlər Departamentinin rəhbəri ilə görüşüb
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində xarici işlər naziri Maka Boçorişvili ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Departamentinin rəhbəri İqnasio Kassis ilə görüşüb.
Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə regiondakı mövcud təhlükəsizlik mühitinə xüsusi diqqət yetirilib.
“Bu kontekstdə Gürcüstanın işğal olunmuş ərazilərindəki mövcud vəziyyət və İsveçrənin Gürcüstan-Rusiya münasibətlərində vasitəçi rolu vurğulanıb. Xarici işlər nazirləri ATƏT-in fəaliyyətdə olan sədrliyinin gündəliyini dialoq, sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində müzakirə ediblər. Bundan başqa, tərəflər Gürcüstanda cari prosesləri, xarici və daxili siyasət prioritetlərini müzakirə ediblər.
Sonda nazir ATƏT-in fəaliyyətdə olan sədrini Gürcüstana dəvət edib”, – XİN-in məlumatında qeyd olunub.