Maka Boçorişvili ABŞ-ın Gürcüstandakı müvəqqəti işlər vəkili Emi Diaz ilə tanışlıq məqsədli görüş keçirib
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ABŞ-ın Gürcüstandakı müvəqqəti işlər vəkili Emi Diaz ilə görüş keçirib.
Maka Boçorişvilinin sosial şəbəkədə yazdığına görə, görüş tanışlıq xarakteri daşıyıb.
Onun məlumatına görə, söhbət Gürcüstan və ABŞ arasında münasibətlərə və əməkdaşlıq perspektivlərinə toxunub.