Maka Boçorişvili – Biz müxtəlif regionların ölkələri ilə əlaqələr axtarırıq, bu o demək deyil ki, strateji hədəflərimizi əvəzləyirik, bizim seçimimiz Avropa İttifaqına inteqrasiyadır və bunu forumda bəyan edəcəyəm

18:25, 27.06.2026

Gürcüstanın strateji seçimi Avropa İttifaqına inteqrasiyadır və çıxışım zamanı bu məsələni açıq şəkildə bəyan edəcəyəm”, – bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Dubrovnik Forumu çərçivəsində planlaşdırılan müzakirədə çıxış etmədən əvvəl jurnalistlərə bildirib.

Boçorişvilinin qeyd etdiyi kimi, bugünkü müzakirə çoxvektorlu diplomatiyaya həsr olunub.

“Bu, Gürcüstan üçün təkcə coğrafi mövqeyindən deyil, həm də ümumilikdə geosiyasi kontekstdən irəli gələrək aktual olan bir məsələdir. Əlbəttə ki, Gürcüstanın bu məsələ ilə bağlı mövqelərinin düzgün şəkildə ifadə edilməsi bizim üçün çox vacibdir. Biz tərəfdaşlıq qururuq, müxtəlif regionların ölkələri ilə sıx əlaqələr axtarırıq; bunun yeganə məqsədi Gürcüstanın hazırda regionda malik olduğu və əlaqələndiricilik funksiyası ilə bağlı xüsusi rolunun daha səmərəli şəkildə istifadə olunmasını təmin etməkdir. Bu, bizim strateji hədəflərimizi əvəzlədiyimiz mənasına gəlmir və bu, mənim çıxışımda çox açıq şəkildə ifadə olunacaq. Gürcüstanın strateji seçimi Avropa İttifaqına inteqrasiyadır və bu, bizim üçün mühüm istiqamətdir. Bunu da müvafiq qaydada səsləndirəcəyəm”, – deyə Boçorişvili qeyd edib.

Oxşar