Macarıstanın Baş naziri Viktor Orban Çinə gedib

10:08, 08.07.2024

 
Macarıstanın Baş naziri Çinə səfər edib. Bu haqda Viktor Orban sosial şəbəkədə yazır.

Orban, Pekində yerləşən dövlət iqamətgahında prezident Si Dzinpinlə artıq görüş keçirib.

“Rusiya-Ukrayna müharibəsində sülh şəraitinin yaradılmasında əsas qüvvə Çindir. Budapeştə rəsmi səfərindən cəmi iki ay sonra prezident Si Dzinpini Pekində ziyarət etməyimin səbəbi budur”- Orban sosial şəbəkədə yazır.

Oxşar