Macarıstanda koronavirus ilə yoluxmanın ilk halları qeydə alındı

22:56, 04.03.2020

Macarıstanda koronavirus ilə yoluxmanın ilk halları qeydə alındı. İki pasient xəstəxanaya yerləşdirilib. “Reuters”-in yaydığı məlumata görə, bu barədə ölkənin baş naziri, Viktor Orban sosial şəbəkəsində yaydığı videomüraciətində bəyan edir.

Orbanın dediyinə görə, virusa yoluxanlar İranlı tələbələrdi.

Çində yeni koronavirus 2019-cu ilin dekabrında yayıldı. Onun episentri Xubey vilayətinin Uxan şəhəridir.

Koronavirusun yayılması məsələsini bu gün Vişeqrad Dördlüyünün liderləri Praqada keçirilən görüşdə müzakirə etdilər.

Oxşar