Macarıstan Rusiya enerji idxalına qoyulmuş qadağanın ləğvi üçün Avropa Ədalət Məhkəməsinə (AƏM) iddia qaldırıb
Macarıstan Rusiya enerji idxalına qoyulmuş qadağanın ləğvi üçün Avropa Ədalət Məhkəməsinə (AƏM) iddia qaldırıb

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirir ki, Budapeşt Rusiya enerji idxalına qoyulan qadağa ilə bağlı Avropa Ədalət Məhkəməsinə (AƏM) iddia qaldırıb.

Onun sözlərinə görə, belə bir qadağa yekdil dəstək tələb edir və üzv ölkələrin öz enerji təchizatçılarını seçmək hüququnu məhdudlaşdırır.

“Bu gün biz Rusiya enerji idxalını qadağan edən REPowerEU qaydasına etiraz etmək üçün Avropa Ədalət Məhkəməsinə şikayət təqdim etdik və onun ləğvini tələb edirik. Bizim işimiz üç əsas arqumentə əsaslanır: birincisi, enerji idxalının qadağan edilməsi yalnız yekdilliklə təsdiq tələb edən sanksiyalarla tətbiq edilə bilər. Bu qayda ticarət siyasəti tədbiri adı altında qəbul edilib; ikincisi, Avropa İttifaqı müqavilələrində hər bir üzv dövlətin enerji mənbələri və təchizatçıları seçimini özü qərarlaşdırdığı açıq şəkildə göstərilir; üçüncüsü, enerji həmrəyliyi prinsipi bütün üzv dövlətlər üçün enerji təchizatının təhlükəsizliyini tələb edir. Bu qərar, xüsusən də Macarıstan məsələsində bu prinsipi açıq şəkildə pozur. Yalnız daha bahalı və daha az etibarlı alternativlər əlçatandır. “Rus nefti və qazı olmadan bizim enerji təhlükəsizliyimiz təmin edilə bilməz və Macarıstan ailələri üçün aşağı enerji xərclərinin qorunub saxlanması da mümkün olmayacaq”, – deyə Siyarto yazıb.