Macarıstan prezidenti keçmiş baş nazirlərin, o cümlədən Viktor Orbanın yenidən hakimiyyətə qayıtmaq imkanını məhdudlaşdıran konstitusiya dəyişikliyini imzalayıb
Macarıstan prezidenti Tamaş Şuyok keçmiş baş nazirlərin, o cümlədən Viktor Orbanın hakimiyyətə qayıtmaq imkanını məhdudlaşdıran konstitusiya dəyişikliyini imzalayıb.
Dəyişikliyə əsasən, baş nazir vəzifəsində olmaq yalnız səkkiz il müddətində mümkün olacaq. Yeni qayda 2 may 1990-cı ildən sonra baş nazir vəzifəsini tutmuş bütün şəxslərə şamil ediləcək. Müvafiq olaraq, bu qayda Viktor Orbana da şamil olunacaq və hakimiyyətdəki 16 illik fəaliyyətindən sonra onun hökumət başçısı postuna geri dönmək imkanını məhdudlaşdıracaq.
Macarıstan parlamenti bazar ertəsi günü səs çoxluğu ilə konstitusiya dəyişikliyini təsdiqləyib və imzalanması üçün prezidentə göndərib.
Şuyok bildirib ki, bu qanun, praktiki olaraq, həm Avropada, həm də bütün dünyada unikaldır.