Macarıstan parlamenti Viktor Orbanı baş nazir vəzifəsinə təsdiq etdi

18:54, 10.05.2018

Macarıstan parlamenti 134 leyhinə, 28 əleyhinə olaraq Viktor Orbanı baş nazir vəzifəsinə təsdiq etdi. Bir neçə müxalifətçi iclasa boykot elan etdi.

Xatırladaq ki, Vikto Orbanının “Fides” partiyası, aprelin 8-də keçirilən parlament seçkilərində 199-dan 133 mandat əldə etdi.

Viktor Orban Macarıstan baş naziri vəzifəsini artıq dördüncü dəfə tutur.

Oxşar