Macarıstan hakimiyyəti Aİ-dən sanksiyalarla bağlı "Slovnaft"a rus neft məhsullarını Çexiyaya ixrac etməyə imkan verən güzəşti bir il müddətinə uzatmağı xahiş edir
Macarıstan hakimiyyəti Aİ-dən sanksiyalarla bağlı "Slovnaft"a rus neft məhsullarını Çexiyaya ixrac etməyə imkan verən güzəşti bir il müddətinə uzatmağı xahiş edir

 
Macarıstan hakimiyyəti Avropa İttifaqından “Slovnaft” neft emalı zavoduna rus neft məhsullarının Çexiyaya ixracına imkan verən Rusiya sanksiyaları ilə bağlı güzəştin müddətini bir il müddətinə uzatmağı xahiş edir.

Bu barədə “Reuters” agentliyi Macarıstanın xarici işlər naziri Piter Siartoya istinadən məlumat yayır.

Məlum olduğu kimi, “Slovnaft” zavodu Macarıstan Enerji Qrupunun (MOL) bir hissəsidir.

Piter Siarto bildirib ki, Macarıstanın enerji qrupuna “Slovnaft”ın Slovakiya neft emalı zavoduna investisiyasını tamamlamaq üçün daha bir il lazımdır ki, bu da ona qeyri-rus neftinə keçməyə imkan verəcək.