Macarıstan Avropa İttifaqı tərəfindən rekomendasiyası verilən 15 ölkədən sərhədini yalnız Serbiya ilə açacaq
Macarıstan Avropa İttifaqı tərəfindən rekomendasiyası verilən 15 ölkədən sərhədini yalnız Serbiya ilə açacaq. Bu barədə məlumatı Macarıstan mediası yayır.
Ölkənin baş naziri, Viktor Orbanın bəyan etdiyinə görə, bu mərhələdə sərhədlərin açılması ölkənin səhiyyə maraqlarına qarşı atılan addım olacaq.
Elə onun dediyinə görə, yeganə istisna Serbiya olacaq.